Müğənni Təranə Qumralın növbəti bacarığı üzə çıxıb. SİA-ya danışan ifaçı şeir yazdığını bildirib: "Tələbəllik illərindən şeirlər yazıram. Qələmə aldığım şeirlər illər öncə qəzetdə də çap olunub. Ürəyimdən gələn sözləri şeir vasitəsi ilə insanlara çatdırıram. Hətta Musa Musayevlə ifa etdiyim bir neçə mahnıların müəllifi özüməm. Amma onu da qeyd edim ki, mənim şairəlik etmək kimi fikrim yoxdur. Sadəcə olaraq şeir həvəskarıyam. Boş vaxtımı səmərəli keçirərək, şeir yazıram. Peşəkar şairlər məni bu bacarığıma görə qınaq obyektinə çevirməsinlər. Ürəyimdən gələn sözləri kağız üzərinə köçürməyə haqqım var".
T.Qumral hətta şeirləri üçün bəstəkarların ona müraciət etdiyini də söyləyib: "Gənc bəstəkar Məhəmməd Kəngərliyə "Məni sənsiz qoyub getmə" adlı şeirimi vermişəm. Şeirlərimi satmıram. Yalnız istəyənlərə hədiyyə verirəm. Söz satıb, pul qazanmağa pis baxıram. Mənim həmin pula ehtiyyacım yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB