Mərhum aktyor dəfn olunub FOTOLAR

Türkiyənin tanınmış aktyoru Münir Akça torpağa tapşırılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, 65 yaşlı aktor evində keçirtdiyi qəza nəticəsində dünyasını dəyişib. Münir Akça çalışdığı Ordu Böyükşəhər Bələdiyyəsi Karadəniz Teatrının səhnəsindən son mənzilə yola salınıb. O, ailə qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Münir Akça 1951-ci ildə dünyaya gəlib. Münir Akça "Arka sokaklar", "Hər şey yolunda Mərkəz", "Mavi kələbəklər", "Aşk-ı Memnu", "Emret Komutanım", "İz peşində", "Sırlar dünyası" və s. film və seriallarda rol alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə