Musa-Təranə cütlüyündən 3 yeni mahnı

Musa-Təranə cütlüyündən 3 yeni mahnı

Təranə Qumral və Musa Musayev cütlüyü yeni mahnılar hazırlayıblar. SİA-ya bu haqda Təranə xanımın özü məlumat verib: "Musa Musayevlə 3 yeni mahnı oxumuşuq. "Nə yaxşı ki biz evləndik" bəstəsinin musiqisi Musa müəllimə, sözləri mənə aiddir. İkinci mahnı "Sənlə sevdim həyatı adlanır. Bu mahnının musiqisi Fərid Kərimliyə, sözləri Orxana adiddir. "Üzərliyi yandırın" adlı üçüncü bəstənin musiqisi Musa Musayevə, sözləri mənə məxsusdur. Mahnıların aranjeman işlərinin bitməsinə az qalıb. Tezliklə Musa Musayevlə dinləyicilərin ixtiyarına verəcəyik".

T.Qumral pulunu sırf müğənniliklə qazandığını da xüsusi ilə diqqətə çatdırıb: "Bildiyiniz kimi, hazırda Məhərrəmlik ayıdır. Artıq bu ayın bitməsinə sayılı günlər qalıb. Yəni bu ay ərəfəsində zamanında toylardan əldə etdiyim pulla dolanıram. İkinci gəlir yerim yoxdur. Bəzi həmkarlarım kimi, bizneslə məşğul olmuram. Ümumiyyətlə, ağıllı müğənni Məhərrəmlik ayı üçün tədarük görməlidir ki, borca düşməsin. Ona-buna əl açmasın".

Bütün xəbərlər Facebook səhifəmizdə