Xatun məşhur qardaşı ilə ad gününü Dubayda qeyd etdi FOTOLAR
Müğənni Xatun Əliyeva özünə təmtəraqlı ad günü edib. SİA-ya bu haqda ifaçının prodüseri Pənah danışıb: "Xatunun doğum günü idi. Bu münasibətlə sənətçi stilist qardaşı Balaşla Dubaya üz tutub. Müğənni özəl gününü məkanların birində yaxınları ilə birgə qeyd edib. İfaçıya ad günü ilə bağlı olaraq dostları tərəfindən sürprizlər edilib".
Xatunun prodüseri ifaçının iş məqsədi ilə getmədiyini də xüsusi ilə vurğulayıb: "Xatun ad günü mərasimindən sonra hazırda istirahət edir. Məhərrəmlik ayı bitənədək Dubayda olacaq. Xatunun xarici ölkədə işi ilə bağlı heç bir planı yoxdur".


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB