Aktyor Anar Heybətov teatrda rol alan bəzi həmkarlarının serialda obrazlarını düzgün canlandıra bilmədiklərini söyləyib. SİA-ya açıqlama verən A.Heybətov bu haqda maraqlı fikirlər səsləndirib: "Tamaşaçıların əksəriyyətindən eşitmişəm ki, teatr aktyoru serialda oynaya bilmir. Sünilik edir. Bu da tamaşaçıların xoşuna gəlmir və həmin aktyor tamaşaçılar tərəfindən qınanılır. İnsanların bu iradları ilə razıyam. Çünki həqiqətən də bu belədir. Amma hər kəs bilsin ki, teatr aktyoru olmaq çətindir. Serialda oynamaq asandır. Filmlərdə aktyor və aktrisalar suni hərəkət və danışıqlarının qarşısını almaq üçün üzərlərində işləməlidirlər. Hər şey onların özlərindən asılıdır. Serialda sunilik yaradan həmkarlarım tamaşaçılar tərəfindən özlərinə qarşı nifrət qazanmamaq üçün çox çalışmalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB