Aktyor İslam Mehrəliyev bir çox filmlərə dəvət aldığını bildirib. SİA-ya açıqlama verən aktyor həmin dəvətləri qəbul etmədiyini etiraf edib: "Bildiyiniz kimi, mən Azərbaycanda yumor aktyoru kimi sevilmişəm. Bunun üçün də komediya janrında olan filmlərə dəvət edirlər. Bir müddət öncə yeni filmə dəvət aldım. Lakin productionların biri ilə müqaviləm olduğu üçün təkliflərini qəbul edə bilmirəm. Buna görə həmin ekran işinin çəkilişləri dayandırılıb. Müqaviləmin bitməsini gözləyirlər. Ümid edirəm ki, sözügedən filmdə də çəkilərək, obrazımın öhdəsində gələ biləcəm. Tamaşaçıların maraq dairəsinə çevriləcəm. Film çoxları tərəfindən bəyəniləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB