Daha bir türkiyəli məşhur filminin qala gecəsini Bakıda keçirəcək AÇIQLAMA-FOTOLAR
Türkiyəli müğənni Murat Boz Azərbaycana gələcək. SİA-ya bu haqda Nizami Kino Mərkəzinin mətbuat katibi Arzu xanım məlumat verib: "Murat Boz rol aldığı "Dönerse senindir" filminin Bakıda qala gecəsinə qatılacaq. Mərasimin yanvar ayının əvvələrində baş tutması gözlənilir".
Nəzərinizə çatdıraq ki, filmdə Muradın tərəf müqabilləri Yasemin Allen və İrem Sak olacaq. Ekran işinin rejissoru Erol Özlevi, ssenari müəllifləri isə Gizem Elçi və Oğulcan Türedir.
Qeyd edək ki, "Dönerse senindir" filmi dekabrın 23-də Türkiyədə tamaşaçılara təqdim olunacaq.

.jpg)
Nəzərinizə çatdıraq ki,
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB