Arif Quliyev: "Yerə yıxılanda protes dişlərim ağzımdan düşdü"

Arif Quliyev: "Yerə yıxılanda protes dişlərim ağzımdan düşdü"

Xalq artisti Arif Quliyev rol aldığı "Biznesmen" filminin çəkilişləri zamanı başına gələn məzəli əhvalatdan söz açıb. SİA-nın məlumatına görə, aktyor bu sözləri deyib: ""Biznesmen" filmində maraqlı səhnəyə çəkilirdim. Belə ki, ayağımın altında banan qabığı qalır və mən yerə yıxılıram. Həmin kadrı rejissor Nail Naiboğlu 17 dubla çəkdi. Filmin montajında birinci dubldan istifadə olundu. Çünki ilk dublda doğurdan da ayağım sürüşdü və yerə dəydim. Hətta protes dişlərim ağzımdan düşdü. O səhnədə hər şey real idi".

Bütün xəbərlər Facebook səhifəmizdə