"Zühal Topal"la izdivac verilişinin azərbaycanlı gəlin namizədi Naz Mila nişanlanıb. Sevgilisi Baha Selenbasın evlilik təklifini qəbul edən həmyerlimizin, proqramın ötən gün yayımlanan bölümündə nişan mərasimi baş tutub.
Naz Mila canlı yayımda Azərbaycan milli rəqsini ifa edib.
Xatırladaq ki, cütlük bir müddət əvvəl ayrılmış, Naz Bakıya birdəfəlik gəlmişdi. Daha sonra Baha Azərbaycana gələrək onu İstanbula aparmışdı.
SİA həmin proqramdan görüntünü təqdim edir:
Bütün xəbərlər Facebook səhifəmizdə