Aysel Əlizadə mətbuatı başına topladı FOTO

Aysel Əlizadə mətbuatı başına topladı FOTO

Müğənni Aysel Əlizadə "Ulduzlar" adlı ilk albomunun təqdimatını edib. SİA-nın məlumatına görə, mətbuat konfransında danışan səbəbkar diskin Türkiyədə hazırlandığını bildirib: "Türkiyədə bir şirkət tərəfindən hazırlanıb. Hazırlıq prosesi uzun çəkdi. Həmin şirkətdə saytım və yeni fotosessiyam hazırlanır. Yaxın günlərdə onları da təqdim edəcəm. Alboma bu günə kimi oxuduğum və sevilən mahnılarım daxildir. Bunu qazanc əldə etmək üçün buraxmadım. Albom müğənninin "vizit-kart"dırı. Daha bir albom hazırlayıram. Burada ən yeni mahnılar yer alacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə