Gülyaz və Gülyanaq Məmmədova bacıları açılış edəcək AÇIQLAMA
Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları solo konsert verəcək. Bu haqda SİA-ya Gülyanaq Məmmədova açıqlama verib: "Bacım, xalq artisti Gülyaz Məmmədova ilə birgə "Vətəni sevməyən insan olmaz" adlı konsert proqramı ilə çıxış edəcəyik. Konsert əməkdar artist, tarzən Əliağa Sədiyevin rəhbərliyi və təşkilatçılığı ilə gerçəkləşəcək. Konsert zamanı Gülyaz xanımla təsniflər, muğamlar, bəstəkar mahnıları səsləndirəcəyik. Gecədə daha çox konsertin adı ilə bağlı olaraq vətənpərvərliyə aid bəstələrə üstünlük veriləcək. Onu da qeyd edim ki, konsertimiz dekabr ayının 4-də Beynəlxalq Muğam Mərkəzində olacaq. Həmin məkanda bizim konsertdən başqa 10 xanəndə də konsert verəcək. Açılışı bacımla mən edəcəm. Dekabr ayının 30-dək Beynəlxalq Muğam Mərkəzində konsertlər keçiriləcək. Konsert verən ifaçılar arasında Mirələm, Kamilə Nəbiyeva, Rövşən Əziz, Teyyub Aslanov və başqaları olacaq. Hər kəsi konsertimizə dəvət edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB