Miri Yusif və DJ Çinadan bir ilk EKSKLÜZİV

Miri Yusif və DJ Çinadan bir ilk EKSKLÜZİV

Prodüser-təşkilatçı Cavid Rəbbani hər kəsin marağına səbəb olan açıqlama verib. SİA-ya danışan Cavid, xarici ölkədə konsert verən azərbaycanlı məşhurların adlarını deyib: "Müğənni Miri Yusiflə DJ Çina Londona üz tutublar. Onların xarici ölkəyə getmələrinə səbəb yaradıcılıqları ilə bağlıdır. Belə ki, məşhurlar Londonda konsert verəcəklər. Onlar hazırda konsert üçün məşqlər edirlər. Konsert bir neçə gündən sonra baş tutucaq. Onu da xüsusi ilə qeyd edim ki, Azərbaycanda tanınmışlar arasında ilk dəfədir ki, Miri Yusif və DJ Çina Londonda konsert keçirir. Sözügedən məşhurların musiqimizi xarici ölkədə təbliğ etmələri fikrimcə, təqdirəlayiq addımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə