Azərbaycanlı aktyor Sevdanın problemlərini açıb-tökdü EKSKLÜZİV
Aktyor Anar Heybətov hazırda çəkildiyi serial haqda danışıb. Bu haqda SİA-ya aktyorun özü açıqlama verib: "Hazırda "Sən olmasaydın" serialında rol almışam. Ekran işinin çəkilişləri Bakıda baş tutur. Serial 100 bölümdən çox çəkiləcək. Müğənni Sevda Yahyayeva ilə baş rolu canlandırıram. Bir çoxları elə düşünür ki, Sevda xanım müğənnidir. Onunla tərəf müqabili olmaq çətindir. Amma heç də elə deyil. S.Yahyayeva bacarıqlı xanımdır. Müğənniliyi ilə yanaşı, aktrisalığın da öhdəsindən gələ bilir. Doğrudur, Sevda xanım yeni ekran işinin çəkilişləri zamanı problemlərlə qarşılaşırdı. Artıq belə manelər yoxdur. Bütün çətinliklər geridə qalıb".
Qeyd edək ki, "Sən olmasaydın" serialının rejissoru Elşən Heydərovdur. Ekran işi həftənin 4 günü yayımlanır.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB