Tanınmış aktyorun Suriya ilə bağlı filmi

Tanınmış aktyorun Suriya ilə bağlı filmi

Məşhur türk aktyoru Erkan Petekkaya, uzun müddətdir üzərində çalışdığı layihəsini həyata keçirməyə hazırlaşır. SİA-nın türk mətbuatına istinadən xəbərinə görə, "Param-Parça" teleserialı ilə sevənlərinin sayını artıran sənətçi, gələn il ekranda verilməsini planlaşdırdığı layihəsinin hazırlıqlarına başlayıb. Aktyor, ssenarisini özü qələmə aldığı və ilk dəfə prodüser olacağı Suriya ilə bağlı filmini gələn il tamaşaçılara təqdim etməyi planlaşdırır . Müharibədən qaçaraq Türkiyəyə sığınan bir ailənin həyatından bəhs edən filimdə Petekkaya,həyat yoldaşı və uşaqları ilə qaçmağa məcbur qalan ata obrazını canlandıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə