Mirkelam Muradın mahnısını bəyəndi FOTOLAR

Mirkelam Muradın mahnısını bəyəndi FOTOLAR

Türkiyəli məşhur Mirkelam müğənni-bəstəkar Murad Arifin oxuduğu "Tavla" mahnısını xoşuna gəlib. SİA-nın məlumatına görə, türkiyəli sənətçi sosial şəbəkələrdə bəstəni paylaşaraq M.Arifin ünvanına təriflər yağdırıb.

M.Arif Mirkelamın paylaşımı haqda bunları deyib:"Mirkelam 1995-ci ildən bəri sevdiyim, izlədiyim, təqib etdiyim, hətda bənzəmək istədiyim sənətçidir. "Tavla"nı mənim ifamda sevdiyini bilirdim. İndi isə bütün Türkiyə və Azərbaycan bunu bildi. Çox sevinirəm, çünki Mirkelam mənim üçün bir keyfiyyət nişanıdır. Mahnılarımdan istədiyinə müraciət edə bilər. Özünə də demişəm. Mahnı yazarkən onlardan ilhamlanmışıq. Nə xoş ki, belə adamlar bizdən danışır. Onun rəsmi icazəsi ilə daha bir mahnısını oxuyacan. Bəlkə də bu əməkdaşlığın davamında "Mirkelam+Murad Arif" konserti də oldu".

Qeyd edək ki, M.Arif açıqlamasında "Tavla"nı oxumaq üçün müəllifdən icazə aldığını bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə