Aygün Kazımova da bunu etdi FOTO

Xalq artisti Aygün Kazımovanın "İnstagram" səhifəsi rəsmi olaraq təsdiqlənib. SİA-nın məlumatına görə, "İnstagram" sahibləri bu dəqiqələrdən etibarən A.Kazımovanın 434 000 izləyicisi olan hesabında simvolik mavi işarələr qoyublar. Bununla da sözügedən şəbəkə adminləri xalq artistini rəsmən tanıdıqlarını təsdiqləyilbər. Prodüser Tolikin sözlərinə görə, xalq artistinin adı ilə bağlı olan rəsmi səhifənin təsdiqlənməsində onun da əməyi var: "Aygün xanımı təbrik edirəm. Çünki səhifəsi "İnstagram" administratorluğu tərəfindən rəsmən tanındı. Kim səhifəsini təsdiq etmək istəsə, mənə müraciət edə bilər. Amma təbii ki, özünə hörmət edən sima olmalıdır. Azərbaycanda bu işi bacarmayan, ancaq məşğul olan çox adam var. Bəziləri yalandan insanları gözlədirlər. Ona görə, bu işi özüm öhdəmə götürmək istədim".

Qeyd edək ki, mavi işarənin hesablara tətbiq edilməsi, səhifə sahibinin profilinin "fake", yəni saxta olmadığını göstərir. Bu işarəni məşhurlara və ya qlobal şirkətlərə məxsus hesablarda görmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə