Müğənnilər N saylı hərbi hissənin əsgərləri üçün oxudu FOTOLAR
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Bibiheybət qəsəbə Mədəniyyət evi N saylı hərbi hissədə "Canım-qanım Azərbaycanım" adlı konsert keçirib. SİA-nın məlumatına görə, konsert Azərbaycan Respublikasının dövlət himni ilə başlanıb.
Daha sonra Könül Məmmədli, Nuranə Paşayeva, Səbinə İsmayılova, Orxan Babazadə, Səbinə Əskərova, Mircabbar Mirbabayev, Günay Hüseynova, Könül Şıxəliyeva, Nurlan Təhməzli, Tural Babazadə kimi gənc müğənnilər şən mahnıları ilə əsgərlərdə xoş əhval yaradıblar.
Həmçinin, Bibiheybət qəsəbə Mədəniyyət evinin " Sabahın ulduzları" rəqs dərnəyinin üzvləri "Azəri rəqsi", "Şalaxo", "Qoçəli" rəqs nömrələri ilə çıxış ediblər. Mədəniyyət evinin poeziya dərnəyinin üzvləri "Yaşa var ol Azərbaycan" adlı şeir kompozisiyasını təqdim ediblər.






.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB