Uzun müddətdir mediadan uzaq qalan ifaçı Yıldız Tilbənin Həccə getdiyi məlum olub. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, müğənni Həccdə olarkən çəkdiyi fotoları "Twitter" hesabında paylaşıb.
"Bəli, dünyanın ən gözəl şəhəri-Məkkədəyəm. Allah arzusunda olan hər kəsə nəsib etsin. Havanın tempraturu +33 dərəcədir. Vallah bura gənc yaşında gəlmək lazımdır. Bu yaşda insan niyə daha əvvəl gəlmədiyini düşünür. Bura dünyanın hər yerindən gələn var. Hamısının da məqsədi, arzusu birdir",-deyə ifaçı qeyd edib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB