Əməkdar artist üçün özəl gün

Əməkdar artist Elşən Cəbrayılovun ailə qurmasından 5 il ötür. SİA-nın məlumatına görə, aktyor bu haqda sosial şəbəkədə yazaraq xanımı ilə olan fotosunu paylaşıb: "21 noyabr həyatımın ən gözəl, xoşbəxt günüdür. Ailə həyatımın 5 ili tamam olur. Sən mənə 2 gözəl övlad bəxş etdin. Bu illər ərzində küsüb-barışan günlərimiz də oldu. Amma dönüb geriyə baxanda görürsən ki, bunlarsız olmur. Məni qısqanma, çünki həyatımda tək sən varsan. Bu mənə yetər. Mənim kimi insanın kaprizlərinə hər adam dözə bilməzdi. Sən dözdün. 5 ilimiz mübarək".

Bütün xəbərlər Facebook səhifəmizdə