Müğənni Xatun bəzi həmkarları kimi biznesə qoşulmaq istəyir. SİA-ya bu barədə ifaçının prodüseri Pənah məlumat verib: "Bildiyiniz kimi, azərbaycanlı müğənnilərin gəlir yeri el şənlikləridir. Hazırda da Məhərrəmlik ayı olduğu üçün toylar yoxdur. Bəzi sənətçilər bu durumdan narazıdır. Amma Xatun toyların olmamasından şikayətçi deyil. Çünki çalışdığım müğənni hazırda kanalların birində aparıcılıq edir. Bundan başqa da biznesə qoşulmaq istəyir. Planımızda var ki, gələcəkdə yeni mağaza açaq. Xatun hiss edir ki, yaradıcılıq işlərindən başqa biznesi də olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB