Elza Seyidcahan onu efirlərdə düzgün təqdim etməyənlərə ismarıc göndərdi
Əməkdar artist Elza Seyidcahan hər zaman maraqlı geyimləri və hərəkətləri ilə diqqət mərkəzində olduğunu bildirib. Bu haqda SİA-ya sənətçinin özü açıqlama verib: "Hər zaman fərqlənmişəm. Yeni ideyalar irəli sürmüşəm. Bunları mənə müəllimlərim öyrədib. Onlara çox sağ ol düşür. Bununla yanaşı klassik ifaçıları dinləyərək özümə dərs götürmüşəm və çalışmışam ki, onların yolunu davam etdirim. Onu da qeyd edim ki, mənim geyimim, musiqilərim bir mənalı qarşılanmayıb. Müasir dövrdə yaşadığımız üçün çalışmışam ki, demək istədiyim sözləri paltarlarımla ifadə edə bilim".
Əməkdar artist himnimizin sözlərini səhv oxumasına da bir daha aydınlıq gətirib: "Mənim həddim deyil ki, Azərbaycan himninə yenilik gətirim. Üzeyir Hacıbəyovu musiqimizin peyğəmbəri adlandırırıq. Mən onun yaradıcılığına xələl gətirmərəm. Özümə hər zaman borc bilmişəm ki, Ü.Hacıbəyovun yaradıcılığını qoruyub-saxlayım. Sadəcə olaraq belə bir layihə edərək hər kəsə göstərmək istədim ki, hamı himnimizin sözlərini əzbər bilməlidir. Bəzi saytlar mənim layihəmi anlamadı. Hətta haqqımda yalnış xəbər dərc edərək yazdılar ki, "Elza himnin sözlərini telefondan çaşaraq, oxuyub". Amma bilin ki, mən bunu qəsdən edərək, insanları silkələmişəm".
Elza Seyidcahan onu efirlərdə düzgün təqdim etməyənlərdən də söz açıb: " Mən Azərbaycan Respublikasının "Əməkdar artisti"yəm. Amma buna rəğmən məni efirlərdə "Elza" deyərək təqdim edirlər. Sanki "Əməkdar artist" kimi təqdim etməyə qorxurlar. Bir müddət öncə heyvanların qorunması üçün konsert verdim. Bu vaxta qədər söyləyirlər ki, Elza heyvanlar üçün oxudu. Məni anlamağa çalışanların sayı azdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB