Azərbaycanlı aparıcı: "Haqqın yox idi, məni yarı yolda qoyub getməyə"

Azərbaycanlı aparıcı: "Haqqın yox idi, məni yarı yolda qoyub getməyə"

Xəbər verdiyimiz kimi aparıcı Lətafət Ələkbərovanın anası Nəzakət xanım dünyasını dəyişib. SİA-nın məlumatına görə, aparıcı acı günündə yanında olan hər kəsə minnətdarlığını bildirib: "Mənim gözəl, enerjili, həyat dolu, sağlam, heç kimlə işi olmayan, hər kəsə ancaq yaxşılıq arzulayan mələk anam... Həmişə onu həddindən artıq yaxşı insan olduğu üçün qınayırdıq. Mənim xəbərim olmadan göz əməliyyatına girdi və əlimizdən uçub getdi. Bu acıya necə dözəcəyimi bilmirəm. Mənimlə görüşmədin, xəstə yatmadın... Sənsizlikdən ürəyim parçalanır... Bilmirəm bu qismətdir yoxsa həkimin səhvi. Bircə onu bilirəm ki, iki dünya bir olsa qayıtmayacaqsan. Rənanı böyüdüm, yerbəyer edim, gələcəm yanına... Çünki mən heç vaxt qadın kimi xoşbəxt ola bilmədim. Bundan sonra heç vaxt ürəkdən sevinib, gülə bilməyəcəm. 63 yaşlı mehriban anam... Allah yaxşıları tez aparır yanına. Bu dünya amansızdır. Haqqın yox idi, məni yarı yolda qoyub getməyə. Rənaya bu dünyadan köçdüyünü deyə bilmirəm. Elə bilir xəstəxanadasan. Deyir nənəm sağalıb bizdə qalacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə