Müğənni Rəqsanə İsmayılovanın anası əməliyyat olunacaq. SİA-nın məlumatına görə, bu barədə ifaçının özü məlumat verib: "Rəbbim heç kimi darda qoymasın. Anamı xəstəxanaya yola salıram. Üç gün sonra əməliyyat olunacaq. Anamın əməliyyat olunmasını bilən kimi, nəvələri hamısı başına yığışıb. Ana, Allah səni bizə çox görməsin. Sənə qurban olum. Bunları yaz-yaza göz yaşlarım dayanmır. Çox çətindir. Övlad atadan yox, anadan yetim qalır. Anamsız nəfəs belə ala bilmərəm. Sağ-salamat əməliyyat olunub, ayağa dursun. Başqa heç nə istəmirəm. O, mənim həm dostum, həm də sirdaşımdır. Uca Rəbbim bütün anaları qorusun. Onların qədrini bilək. Valideynini itirənlərə də Allah səbr versin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB