"Oğlan evi 2" filmi dekabrın 1-dən kinoteatrlarda nümayiş olunacaq. SİA-nın məlumatına görə filmin treyleri artıq təqdim olunub. "Oğlan evi 2"nin rejissoru İlham Qasımovdur. Filmdə baş rollarda Elcan Rəsulov, Nicat Rəhimov və Hüseyn Əzizoğlu çəkiliblər.
Film Bakıda yaşayan cənubi azərbaycanlı Pərvaz Müstəvidən (Baba) bəhs edilir. Baba (Elcan Rəsulov) və Yavər (Nicat Rəhimov) onlara miras qalmış raritet avtomobil əldən çıxandan sonra, müflis olmaq təhlükəsi ilə üz-üzə qalırlar. Beləcə, qəhrəmanlar ölkənin ən amansız avtomobil fırıldaqçıları ilə tanış olurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB