Tanınmış türk aktyoru Murat İıldırım ilə mərakeşli gözəl iman El Baninin eşqi maqazin gündəminə bomba kimi düşüb. Bir müddətdir birlikdə olan ikili ötən gün nişanlanıb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğan məşhur aktyor Murat İldırım və mərakeli sevgilisi iman El Bani ilə Ankara Esenboğa Hava Limanında bir araya gəliblər. Qısa söhbətdən sonra Elbanın ailəsi ilə görüşən Prezident Ərdoğan qızlarına elçilik edib.
Mərakeşli gözəl iman El Bani kimdir?
İman El Bani 2008-ci ildə "Miss Arab World"de Mərakeş gözəli seçilib. Eyni il təşkil edilən yarışmasında da birinci olan gözəl seriallar və reklam ulduzu olub.
Yarışmadan sonra təhsil üçün xaricə gedən mərakeşli gözəl bir müddət Londonda qalıb. Təhsil almaqla yanaşı Misirdə və Mərakeşdə bir çox serial və reklam layihələrində də iştirak edib.
Belə ki, Yaxın Şərqdə geniş izləyici kütləsinə sahib olan El Baninin Murat İldırımla Londonda tanış olduğu iddia edilir.
Qeyd edək ki, El Bani ötən il Ərəb dünyasının ən gözəl 50 qadını siyahsına daxil olub.










Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB