Azərbaycanlı müğənni nəyi gizli saxladı?

Azərbaycanlı müğənni nəyi gizli saxladı?

Müğənni Xatun növbəti dəfə kameralar önünə keçəcək. SİA-ya bu barədə ifaçının prodüseri Pənah məlumat verib: "Xatun yeni klip çəkdirəcək. Ekran işinə çəkdirdiyi mahnı da yenidir. Bəstənin sözləri və musiqisi Nadir Nağd Pula aiddir. Hələ bəstəyə ad qoyulmayıb. Maraqlı mahnıdır. İnanıram ki, ekranlaşdıracağımız bəstə də klip də səs-küy salacaq. Klipdə sujet xətti olmayacaq. Bundan başqa Xatun ard-arda yeni mahnılar yazdırır".

Pənah Xatunun yeni fotosessiya etdirdiyini də söyləyib: "Xatun qış mövsümünə uyğun olaraq fotosessiya etdirir. Çəkilişlər qapalı məkanda aparılır".

İfaçının prodüseri daha bir layihə üzərində işlədiklərini bildirib: "Yeni proyekt olmalıdır. Hələ ki, danışıqlar gedir. Həmin layihənin nəylə bağlı olduğunu açıqlaya bilməyəcəm. Çünki hələ dəqiqləşməyib".

Bütün xəbərlər Facebook səhifəmizdə