Bir müddət öncə səhhətində problem yaranan aktyor Elnur Kərimov hazırda özünü yaxşı hiss etdiyini bildirib. SİA-ya bu barədə aktyorun özü açıqlama verib: "Bildiyiniz kimi, xeyli vaxt idi ki, ayağım sınmışdı. Qoltuq ağacı ilə gəzirdim. Hazırda tam sağalmasam da, yaxşıyam. Səhnəyə çıxanda ayağımın ağrısı keçir. Tamaşadan sonra isə ayağımın ağrılarını hiss edirəm. Buna görə də həkimə yenidən müraciət etmişəm. Müalicə alıram. Masaja gedirəm. Ayağımı xüsusi sarğı ilə bağlamasam, gəzə bilmərəm".
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB