Azərbaycanlı müğənni 22 günlük əziyyətinə son qoydu AÇIQLAMA-FOTO
Müğənni Yaşar Cəlilovun prodüseri Vüsalə Kərimova şəxsi hesabında ifaçı ilə çətin günlər yaşadığını qeyd edib. Onun bu sözləri səs-küyə səbəb olub.
Aparıcı-prodüser Vüsalə Kərimova ilə əlaqə saxladıq. SİA-ya bu barədə Vüsalənin özü ətraflı məlumat verdi: "Yaşarın səhhətində problem yaranmaışdı. Həkimlərin birinə müraciət etdik. Həmin həkimin səhv diaqnozu ucbatından çox çətin günlər keçirdik. Lakin Yaşar bu diaqnozla razılaşmayaraq Türkiyədə fəaliyyət göstərən həkimlərə müraciət etdi və müsbət cavab aldıq. Həmin cavablar 22 günə hazır oldu. Həmin günlər ərzində bir gözümüz güldü, digəri ağladı. Tanrım Yaşarı heç vaxt can sağlığı ilə sınağa çəkməsin".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB