Aybəniz Haşımovanın "O səs Türkiyə"yə qatılan tələbəsi

Aybəniz Haşımovanın "O səs Türkiyə"yə qatılan tələbəsi

Əməkdar artist Aybəniz Haşımovanın "O səs Türkiyə" yarışmasına qatılan növbəti tələbəsinin kimliyi bəlli olub. SİA-nın məlumatına görə, "Bülbüllər" qrupunun üzvü olan Müşviq münsiflər qarşısına çıxıb. O, Müslüm Gursesin repertuarından "Ben insan değilmiyim" mahnısını səsləndirib.

Həmyerlimiz ifası ilə Murad Bozu döndürüb və onun komandasına daxil olub.

Qeyd edək ki, bir neçə həftə əvvəl "Bülbüllər" qrupundan Zülfü Əsədzadə də "O səs Türkiyə" səhnəsində uğurlu çıxış etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə