Polislər Kənan Doğuluni saxladılar

Dünən gecə həyat yoldaşı, aktrisa Beren Saatla sükan arxasında ikən polislər tərəfindən saxlanılan müğənni Kənan Doğulu nəzarət altına alınıb. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə yerində jurnalistləri görən məşhurlar şok olublar. Jurnalistlərdən birinin "içmisinizmi?" sualına Kənan "Bir bardaq pivə içdim, gözləyək, görək, nə olacaq", - deyə cavab verib.

K.Doğulunun bütün sənədləri yoxlanılıb. Onun 42 promil içki qəbul etdiyi sübut olunub, amma qaydaları pozmadığı üçün evinə yola salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə