Elza Seyidcahan: "Azərbaycanın Dövlət Himnini qəsdən səhv oxumuşam" FOTOLAR
Əməkdar artist Elza Seyidcahan yanlış əməli ilə gündəmə gəlib. O, dövlət atributunu təhrif edib. Belə ki, pianoda ifa edərək himni oxumağa çalışan bəstəkar-müğənni himnin sözlərini bir neçə yerdə səhv tələffüz edib. Hətta bəzi cümlələrini unudaraq üzərindən keçib.
Məsələ ilə əlaqədar olaraq əməkdar artistin özü ilə əlaqə saxladıq. SİA-ya açıqlama verən ifaçı bu hərəkəti qəsdən etdiyini bildirib: "Dövlət Bayrağı Günündə əynimdə Azərbaycan bayrağını əks etdirən libasla Azərbaycan Respublikasının Dövlət Himni yazılan vərəqləri Dövlət Bayrağı Meydanında insanlara payladım. Artıq bu layihəmi iki ildir ki, davam etdirirəm. Qaldı ki, sözügedən videoya həmin görüntülərdə himnimizi qəsdən səhv oxuyaraq insanları Azərbaycan Respublikasının Dövlət Himnini əzbərləməyə səslədim. Bu mənim layihəm idi və uğurlu da alındı. Yoxsa, mən himnimizin sözlərini əzbər bilirəm. Heç kim Azərbaycan Respublikasının Dövlət Himnindən utanmamalıdır. Hətta analarımız uşaqlarını bu mahnıyla böyütməlidir. Ad günlərində tort kəsilən zamanı mənası bilinməyən mahnılar oxumaqdansa gəlin, himnimizi səsləndirək. Onu da qeyd edim ki, Dövlət Bayrağı Günündə Azərbaycan bayrağını əks etdirən libası geyindiyim üçün bəzi saytlar lazımsız başlıqlarla xəbərlər dərc etdilər. Həmin saytlarla məhkəmədə görüşəcəm. Mən əgər bəziləri kimi vətənimi sevməsəydim soyuqda küçələrə düşməzdim. Məni lağa qoyan insanlar kimi kabab yeyib, dincələrdim".
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB