Azərbaycanlı rejissorun çəkdiyi klip Türkiyədə də yayımlanacaq AÇIQLAMA

Azərbaycanlı rejissorun çəkdiyi klip Türkiyədə də yayımlanacaq AÇIQLAMA

Müğənni Günay İbrahimlinin yeni çəkdirdiyi "Teşekkürler Bakü" klipi Türkiyədə də yayımlanacaq. SİA-ya bu haqda ekran işinin rejissoru Nail Naiboğlu xəbər verib: "Türkiyənin "Netd Music World" Youtube kanalı ilə müqavilə imzalamışıq. Onların türkdilli və şərq ölkələrinin müğənnilərinin kliplərindən ibarət səhifələri açılıb. Həmin kanalda mənim lentə alacağım kliplər yerləşdiriləcək. Eyni zamanda Günay İbrahimliyə çəkdiyim yeni klipin orada piarı aparılır. Türkiyə kanallarında da klip yayımlanacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə