Müğənni-bəstəkar Murad Arifin ailəsində ağır itki üz verib. SİA-nın məlumatına görə, sənətçinin əmisi dünyasını dəyişib. Bu haqda M.Arifin özü xəbər verib: "Bir insanın nömrəsini yaddaşa yazarkən bu sadəcə simvollar və hərflərdir. Silərkən sanki bizi bağlayan dünya ilə vidalaşırsan. Həyat budur, qonaq gəlirsən, yaşayırsan, sevib-sevilirsən, bir gün hansısa qapıdan heç vaxt geri dönmürsən. Tək gerçək var, o da ölümdür. Əsl başlanğıcda elə budur. Qayğıkeş, daim əzizlərindən narahat, oğullarıyla nəfəs alan, ailəcanlı bir insan - əmim Mais müəllim bizi tərk etdi. Dünyadan köçən bütün yaxşı valideynlərə rəhmət diləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB