Sevdadan ərinin qaynanasına: “İt hürər, karvan keçər" FOTOLAR
Bir neçə gün bundan öncə əri Cəmilin keçmiş qayınanasının "Cəmillə qızımı Sevda boşatdırdı, "yuvayıxan" sözləri ilə ittiham olunan müğənni Sevda Sanəliyeva həyat yoldaşı və oğlu ilə yeni fotolarını izləyiciləriylə bölüşüb. SİA-nın məlumatına görə, sənətçi şəklin altına bu sözləri qeyd edib: " "İt hürər, karvan keçər. Nə edirsən et, sevgi ilə et. Bu həyatda heç nəyi məcbur əldə etmək olmaz. Hər şeyi həll edən təmiz sevgidir. Qismət Allahın işidir, bizim yox. Arxamca danışanlarla üz-üzə gəlsəm, yaman pullanacam. Araşdırmışam, təhqirin cəriməsi çoxdur. Artıq işə başlamışam".
Qeyd edək ki, Cəmil S.Sanəliyevanın ikinci həyat yoldaşıdır. Onun ilk evliliyi 2 ay davam edib. Sənətçinin bir qız, bir oğlan övladı var.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB