Roza Zərgərli də Türkiyə şou-biznesinə qoşuldu

Roza Zərgərli də Türkiyə şou-biznesinə qoşuldu

Müğənni Roza Zərgərli TRT radioda yayımlanan "Karadeniz rüzgarı" verilişinin qonağı olub. SİA-nın məlumatına görə, ifaçı yaxın günlərdə türkiyədə digər tanınmış verilişlərin də qonağı olacağını bildirib. R.Zərgərli söyləyib ki, kliplərinin türk kanallarında yayımlanması üçün danışıqlar aparıb.

Müğənni eyni zamanda tanınmış türkiyəli ifaçı ilə duet oxuyacaq, konsert verəcək. Sənətçi sözügedən türkiyəli həmkarının adını hələ gizli saxladığını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə