Müğənni Xatirə İslamın ötən gün efirdə yayımlanan "5/5" verilişinə geyindiyi libas müzakirələrə səbəb olub. SİA-nın məlumatına görə, sənətçinin seçim etdiyi qara libası sosial şəbəkələrdə tənqid atəşinə tutulub və birmənalı qarşılanmayıb.
Əksər şəbəkə istifadəçiləri geyimin ona yaraşmadığını, qısa olduğunu qeyd ediblər.
X.İslam açıqlamasında bildirib ki, belə söz-söhbətlərə fikir vermir: "Hamı belə geyinir, Xatirə belə geyinəndə bəzilərinin qeyrət damarı tutur. Yenə deyirəm, yetimin əlində qoğal pis görünür? Şou-biznesin 50 faizi belə libaslardan istifadə edir. Onlar haqqında heç danışmırlar. Mən isə geyinəndə söz-söhbətlər yaranmağa başlayır. Deməli, mən hər kəsə maraqlı qadınam".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB