Xalq artisti Şamil Süleymanlı yeni filmdə rol alıb. SİA-ya bu haqda aktyorun özü məlumat verib: " "Mələyin öpüşü" adlı ekran işində bağban obrazını canlandırıram. Filmdə mənimlə yanaşı xalq artisti Fuad Poladov, rəqqasə Oksana Rəsulova və bir çoxları çəkilir. Çox maraqlı haldır ki, "Cahan" obrazını canlandıran Oksana filmdə olduqca peşəkar oynayır. Ekran işi psixoloji dram janrından bəhs edir. Bu çox ağır janrdır. Çox həvəslə filmdə obrazlarımızı canlandırırıq. Onu da deyim ki, filmdə gözlənilməz hadisələr baş verir. Belə ki, 1 nəfər qeyri-peşəkar aktyor bu filmdə rol alıb. Amma olduqca gözəl oynayır. Rejissor ondan çox razıdır. Çəkilişlər 1 həftədir başlayıb. Ona görə filmi bir neçə aydan sonra tamaşaçıların ixtiyarına verəcəyik. Ekran işi profisional kino-rejissor Əsgər Əli Hacızadə çəkir. Çəkiliş prosesi Bakıda aparılır".
Qeyd edək ki, filmin rejissoru Əsgər Əli Hacızadədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB