Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Siyahıda telejurnalistlər Xoşqədəm Hidayətqızı, Zaur Baxşəliyev, Zaur Kamal və Nərgiz Cəlilova da var.
SİA-ya fəxri ada layiq görülən telejurnalistlərin sevincinə şərik olaraq, fikirlərini öyrənib.
Onları təqdim edirik:
Əməkdar artist Nərgiz Cəlilova: "Ölkə Başçısı Prezident İlham Əliyevə məni və həmkarlarımın əziyyətinə qiymət verərək, fəxri ada layiq gördüyü üçün təşəkkür edirəm. Bu ada layiq görüldüyümə inana bilmirəm. Dostlarıma və siz media nümayəndələrinə minnətdaram ki, sevincimə şərik oldunuz, Çox sağ olun".

Əməkdar mədəniyyət işçisi Zaur Baxşəliyev: "Ölkə başçımıza, Cənab Prezident İlham Əliyevə biz aparıcılara, televiziya işçilərinə göstərdiyi diqqətə, verdiyi mükafata görə təşəkkür edirəm. Çox qürurverici haldır, sevincliyəm. Çox sağ olun, zəhmətimizi dəyərləndirdiniz".

Əməkdar mədəniyyət işçisi Zaur Kamal: "Sevincimin həddi-hüdudu yoxdur. İlk oğlum dünyaya gələndə belə sevinmişdim. Fəxri ada layiq görüldüyüm üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürümü bildirirəm. Bu gözəl ada görə çox sağ olun. Bu şərəfli adı doğruldacağam. İnşallah bundan da gözəl adlara layiq olmaq eşqilə çalışacağam".

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı: "Cənab Prezidentimiz İlham Əliyevin məni fəxri ada layiq gördüyü xəbəri canlı efirdən eşitdim. Təbii ki, çox sevindim. Onlarla mükafatım var. İlk dəfə 2005-ci ildə "Tərəqqi" medalı ilə təltif edilmişdim. İndi Cənab Przeidentimiz tərəfindən "Əməkdar jurnalist" adı ilə mükafatlandırıldım. Bundan böyük məsuliyyət ola bilməz. Prezidenitimiz Cənab İlham Əliyevə təşəkkürümü bildirirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB