Xərçəngdən əziyyət çəkən rejissorumuzun vəziyyəti pisləşir

Xərçəngdən əziyyət çəkən rejissorumuzun vəziyyəti pisləşir

Rejissor Şahin Zəkizadədən yeni xəbər var. SİA-nın məlumatına görə, rejissorun xanımı Səbinə Zəkizadə həyat yoldaşının baş ağrılarından əziyyət çəkdiyini bildirib: "Şahinin müalicəsi davam edir. Amma kəskin baş ağrıları var. Bu ağrılar 1 həftədir davam edir. Bu gün üçün çox dua edirəm. Çünki analizlərinin cavabı çıxacaq. Müsbət cavab almaq üçün Allaha dua edirəm. Balam üçün güclü olacam. Hər şeyin öhdəsindən gələcəm. Onu da deyim ki, bu aralar qəlbim çox qırılır. Amma mən heç kimi incitmirəm. Kiminsə sözü ilə hərəkət edib, fitnəyə getməyin. Allah hər kəsin içindən keçənləri görür".

Bütün xəbərlər Facebook səhifəmizdə