Prezident bu məşhur aparıcılarımızı fəxri ada layiq gördü

Prezident bu məşhur aparıcılarımızı fəxri ada layiq gördü

Azərbaycan Prezidenti İlham Əliyev televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, siyahıda telejurnalistlər Xoşqədəm Hidayətqızı, Zaur Baxşəliyev, Zaur Kamal və Nərgiz Cəlilova da var.

N.Cəlilova əməkdar artist, Z.Baxşəliyev və Z.Kamal "Əməkdar mədəniyyət işçisi", X.Hidayətqızı isə "Əməkdar jurnalist" fəxri adlarını alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə