Azərbaycanlı müğənni şou-biznes əhlini bu hala saldı

Azərbaycanlı müğənni şou-biznes əhlini bu hala saldı

Aparıcı Cavid Gülün yeni "Duet" adlı verilişinin ilk tanıtım çarxı yayımlanıb. SİA-nın məlumatına görə, yarışma xarakterli verilişdə sənət aləminin tanınmış simaları iştirak edəcəklər. Onlar arasında əməkdar artist Elza Seyidcahan, müğənnilər Xatirə İslam, Lətifə Soyuöz, Faytonçu Nazim, Vasif Məhərrəmli, Rəvan Qarayev, rəqqasə Fatimə Fətəliyeva, Aşıq Samirə Əliyeva, aktyor İslam Mehrəliyev və başqaları olacaq.

Münsif kürsüsündə əməkdar artist Mehriban Zəki, "Soy prodakşn"ın rəhbəri Oqtay Əliyev və başqaları əyləşəcək. Proqram yaxın günlərdə efirə gedəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə