Tünzalə Ağayeva hansı fürsətdən istifadə etdi?

Tünzalə Ağayeva hansı fürsətdən istifadə etdi?

Əməkdar artist Tünzalə Ağayeva bu ərəfələr işlərinin çox olduğunu bildirib.

SİA-ya bu haqda ifaçının özü danışıb: "Bildiyiniz kimi hazırda Məhərrəmlik ayıdır. Bu ay müğənnilərə işləmək üçün çox yaxşı fürsətdir. Məndən bu ərəfələr sakitlikdən istifadə edərək, sevənlərim üçün konsert verdim. Həmin konsertdə istədiyim nəticəni əldə edə bildim. Belə ki, böyük fanat ordusu ilə üz-üzə qaldım. Bu da məni çox sevindirdi. Təbii ki, yaradıcılığım bu konsertlə bitmir. Belə ki, hazırda yeni mahnı üzərində çalışıram. Bu ərəfələr demək olar ki, günümün çoxunu səsyazma studiyasında keçirirəm. Tezliklə dinləyicilərimin ixtiyarına yeni bəstəmi təqdim edəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə