"Yuvayıxan" adlandırılan azərbaycanlı müğənnidən CAVAB - AÇIQLAMA
Müğənni Sevda Sanəliyevanın həyat yoldaşı Cəmil bəyin keçmiş qayınanası Gülənbər xanımı saytların birinə verdiyi açıqlama şou-biznes ailəminə "bomba" kimi düşüb. Belə ki, Gülənbər xanım Cəmilin onun qızı Lalə ilə boşanmasında Sevda Sanəliyevanı günahlandırıb. Hətta ifaçını "yuvayıxan" adlandırıb.
Məsələ ilə əlaqədar olaraq Sevda xanımın özü ilə əlaqə saxladıq. SİA-ya açıqlama verən sənətçi Gülənbər xanımın sözlərini nə inkar, nə də təsdiq etdi: "O, xanımı tanımıram və bu haqda da danışmaq istəmirəm. Şəxsi həyatımdır. Necə və kiminlə yaşayacağımı özüm bilərəm".
Qeyd edək ki, S.Sanəliyeva bundan əvvəl də ailəli olub. Onun bu evliliyi cəmi bir ay davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB