Caz Festivalının qalibləri mətbuat konfransı keçirib FOTOLAR - SƏS TV

Caz Festivalının qalibləri mətbuat konfransı keçirib FOTOLAR - SƏS TV

Bu gün Bakı Caz Festivalında qalib olan iştirakçılar media nümayəndələrini başlarına yığıblar. SİA-nın məlumatına görə, mərasimi giriş sözü ilə açan Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva Bakı Caz Festivalında qalib olan iştirakçılar haqda söz açıb: "Bildiyiniz kimi Azərbaycanda hər il Bazı Caz Festivalı keçirilir. Bu il də həmin festival keçirildi və böyük marağa səbəb oldu. Festivala 50 yaxın azərbaycanlı iştirakçı qatılmışdı. Lakin 1-2-ci turlarda iştirakçıların sayı azaldı. Münsiflər yaxşı olan iştirakçıya bal verərək seçdi. Festivalda rusiyalı və azərbaycanlı iştirakçılar birinci yerə layiq görüldü. Baku Caz Festivalında Azərbaycandan birinci yerə Məlik Məmmədov, ikinci yerə Cəmilə Nəsirzadə layiq görüldü. Festivalda xoşagəlməz hallar baş versədə, hər şey yaxşı qurtardı".

Qeyd edək ki, tədbir jurnalistlərin sualları ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə