Müğənni Elnarə Xəlilovanın başına iş gəlib. SİA-nın məlumatına görə, ifaçı avtomobil qəzası keçirib:"90 VH 282" dövlət nömrə nişanlı avtobus səhər saat 10:15 radələrində ADA Universitetinin önündə işıqfordan tərpənər-tərpənməz hərəkət elədiyi 2-ci yoldan mənim yoluma, yəni birinci yola çıxıb, məni sağdan vurdu və qaçdı. Mətbuatdan xahiş edirəm ki, bu məsələni işıqlandırsınlar. Mənə maraqlıdır, bu avtobusların yiyəsi tapılacaq ya yox? Maşını qabağına verdim ki, ürək sözlərimi deyim, amma sürdü qaçdı. Nə qədər axtardım o ərazidə tapmadım. Qaynar xəttə şikayətimi edəcəyəm və bu məsələni şişirdəcəyəm.
Qorxdum, maşında uşaq da var idi. Avtobusda o qədər adam daşıyır, onların taleyi necə olacaq? ".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB