Mətanət Əsədova bacısını təhqir edən şəxsi həbs etdirdi AÇIQLAMA-FOTO
Müğənni Mətanət Əsədova onu və bacısısını internetdə təhqir edən keçmiş "Nida"çı Elsevər Mürsəllini həbs etdirib. SİA-ya bu barədə sənətçinin özü məlumat verib: "Hamı bu gündən etibarən mənlə rəftarına, danışığına fikir versin. Mənim üçün fərqi yoxdur ki, həmin kəs kimdir. Jurnalist, müğənni, aktyor olsa belə mənə qarşı artıq hərəkət edərsə, qanunla cəzalandıracam. Mən heç kimin işinə qarışmıram, təhqir etmirəm. Məni də təhqir etməsinlər".
Qeyd edək ki, E.Mürsəlli barəsində 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası seçilib. E.Mürsəlli Şüvəlan qəsəbəsində yerləşən 3 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə