Aybəniz Haşımovanın daha bir tələbəsi "O Ses Türkiye" yə qatıldı FOTO

Aybəniz Haşımovanın daha bir tələbəsi "O Ses Türkiye" yə qatıldı FOTO

Əməkdar artist, "Bülbüllər qrupu"nun yaradıcı və rəhbəri Aybəniz Haşımova "O Ses Türkiye" yarışmasında uğurla iştirak edən tələbəsi Zülfü Əsədzadəyə dəstək olan hər kəsə minnətdarlığını bildirib. SİA-nın məlumatına görə, ifaçı tələbəsi haqda bu fikirləri söyləyib: "Azərbaycan mediasında Zülfünü dəstəkləyən bütün jurnalistlərə sonsuz təşəkkür edirəm. Gənclərin sizin sevginizə böyük ehtiyacı var. Onlar bizim sağlam gələcəyimiz, əsl səs sahibləri və möhtəşəm ifaçılardır. Gənclərin gələcəyi sizdən, bizdən asılıdır.

Sənətçi "O Ses Türkiye" yarışmasında daha bir tələbəsənin iştirak edəcəyini də açıqlayıb: "Əslində bu il 2 tələbəm "O Ses Türkiye" yarışmasına qatılıb. Digər tələbəmi də tanıyırınız. Amma yarışmanın qaydalarına görə adını və seçimini açıqlaya bilmirəm. İnşAllah onun da gözəl ifalarını eşidəcəksiz. Əslində bütün tələbələrim hamısı biri-birindən gözəl ifaçılardır. Bu layihədə mahnı seçimi ilə performans bir-birini tamamlamalıdır. Ona görə də yarışmanın səhnəsinə çıxmadan öncə tələbələrimdən vacib məsləhətlərimi əsirgəmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə