Azərbaycanlı müğənnidən yenilik FOTOLAR

Azərbaycanlı müğənnidən yenilik FOTOLAR

Müğənni Kübra Hüseynova yeni mahnısını təqdim edib. SİA-ya bu haqda ifaçının özü məlumat verib: "Repertuarıma rəng qataraq "Haram" adlı bəstəni səsləndirdim. Mahnının sözləri və musiqisi Elvin Mehmanlıya, aranjemanı İlkin Valehoğluna aiddir. İnanıram ki, uğurlu mahnı olacaq. Məni sevənlər tərəfindən bəyəniləcək".

Sənətçi yeni mahnısı üçün fotokamera qarşısına da keçib. O, yeni fotolar çəkdirib.

Qeyd edək ki, ifaçı özünü aktrisa kimi də sınayır. Belə ki, o hazırda "Sən olmasaydın" serialında "Nərmin" obrazını canlandırır.

K.Hüseynovanın yeni fotolarını təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə