Azərbaycanlı bəstəkar müğənnilərin gizli qalan sirrlərini açdı

Azərbaycanlı bəstəkar müğənnilərin gizli qalan sirrlərini açdı

Müğənni-bəstəkar Nazim Məmmədov yaradıcılığındakı yeniliklərdən söz açıb. SİA-ya açıqlama verən bəstəkar hazırda işlədiyi müğənnilərin adlarını açıqlayıb: "Bir neçə gün bundan öncə Nazənin və Gülay xanım musiqisi mənə aid olan yeni mahnılarını təqdim etdilər. Eyni zamanda mən də yeni bəstə oxuyaraq, dinləyicilərin ixtiyarına verdim. Bunlardan başqa əməkdar artist Ehtiram Hüseynov musiqisi mənə, sözləri Famil Məcidə aid olan "Görüşə bilmirik" mahnısını təqdim edəcək. Sənətçinin sözügedən bəstəsi bir neçə günə hazır olacaq. Günay İbrahimli ilə də iş birliyimiz var. Belə ki, "Qətran" adlı mahnı üzərində çalışırıq. Bəstə Türkiyədə aranjeman olunub. Mahnının aranjemanını aranjemançı Caner Tepecik edib. Sözləri Azər şirinə aid olan bəstəni ifaçı tezliklə dinləyicilərin ixtiyarına verəcək. Bir sözlə, dayanmadan çalışıram".

Bütün xəbərlər Facebook səhifəmizdə