Gözündən əməliyyat olunan xalq artisti, gitara ifaçısı Rəmişin hazırda səhhətinin necə olması ilə maraqlandıq. SİA-ya bu barədə sənətkarın xanımı açıqlama verdi: "Rəmiş müəllim hazırda olduqca yaxşıdır. Gözünü təmənnasız əməliyyat etdirdik. Xalq artisti artıq eynək belə istifadə etmir. Xüsusi ilə qeyd edim ki, bəzilərinin fikirlərinə görə, Rəmiş müəllim səhhəti ilə bağlı bundan sonra efirə çıxmayacaq. Amma bu sözləri deyənlərə inanmayın. Çünki Rəmiş müəllimin səhhətində heç bir problem yoxdur. Hətta bir neçə gündən sonra kanalların birində qonaq olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB